Meksikada pilot səmada romb formasında naməlum uçan obyekt müşahidə etdiyini bildirib. “What’s The Jam” nəşrinin məlumatına görə, görüntülər UFO və anomal hadisələri araşdıran şəxslərin diqqətini çəkib.
Pilotun sözlərinə görə, naməlum obyekt yüksəkdə, buludların altında hərəkət edib. O, obyekti kamerası ilə lentə almağa çalışıb və əldə etdiyi görüntüləri anomal hadisələr üzrə tədqiqatçılara təqdim edib.
Lakin görüntülər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Paylaşımın şərh bölməsində bir çox istifadəçi obyektin UFO olması fikrinə şübhə ilə yanaşıb. Onların ehtimalına görə, pilotun kamerasına düşən obyekt meteoroloji şar və ya pilotsuz uçuş aparatı ola bilər.



