Sentyabrın 18-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək.
Paytaxtda və yarımadada havanın temperaturu gecə 20–23, gündüz 25–29 dərəcə isti olacaq. Atmosfer təzyiqinin 760 mm civə sütunu, nisbi rütubətin isə gecə 70–75, gündüz 50–55 faiz olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan yağışı və şimşək gözlənilir. Gecə və səhər dağlıq ərazilərdə duman olacaq, şərq küləyi əsəcək.
Rayonlarda temperatur gecə 18–22, gündüz 30–35 dərəcə isti, dağlarda isə gecə 8–13, gündüz 20–25 dərəcə isti olacaq.

