Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının Məşvərət Görüşünə sədrlik edəcək.
Növbəti sammitin 2027-ci ildə Azərbaycanda keçirilməsi nəzərdə tutulur. Bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov Türkmənistanın Avaza şəhərində keçirilən 8-ci Məşvərət Görüşündə bildirib.
Japarov Azərbaycan Prezidenti İlham Əliyevi ölkənin ilk sədrliyi qəbul etməsi münasibətilə təbrik edib.
Qırğızıstan Prezidenti bildirib ki, Azərbaycanın sədrliyinin birgə fəaliyyətə və qarşılıqlı faydalı əməkdaşlığın inkişafına yeni impuls verəcəyinə əmindir.
O, Qırğızıstanın Azərbaycanın sədrliyi dövründə müəyyən ediləcək prioritetlərin uğurla həyata keçirilməsinə zəruri dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

