Məlum olduğu kimi, bu gün Füzuli və Xocavənd rayonlarındakı hadisələrdə 7 polis əməkdaşı həlak olub, daha 6-sı yaralanıb.
“Den.az” xəbər verir ki, saat 01 radələrində Füzuli rayonu ərazisində polislərin olduğu yük avtomobili aşıb. Nəticədə DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bundan bir qədər sonra Xocavənd rayonunun Tağaverd kəndi ərazisində erməni diversiya qrupunun törətdiyi terror aktı nəticəsində Əhmədbəyli-Füzuli-Şuşa yolunda çalışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2 əməkdaşı həlak olub. Saat 04:30 radələrində DİN-in əməkdaşlarının olduğu “Kamaz” markalı digər nəqliyyat vasitəsi hadisənin baş verdiyi yerə çatarkən terrorçuların basdırdığı digər mina da partlayıb. Nəticədə nəqliyyat vasitəsində olan polis əməkdaşları 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olub.
Beləliklə, baş vermiş qəzada 3, terrorda 4 nəfər olmaqla, ümumilikdə 7 polis əməkdaşı həlak olub.
Bir gecədə 7 polisimizi itirdik...

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.