Xalq artisti Ağadadaş Ağayev xəstəxana gözətçisi ilə arasında olan davaya görə ictimaiyyətdən, eləcə də dövlətdən üzr istəyib. Onun üzr istəməsi ictimaiyyətdə müzakirələrə səbəb olub.
Tərəflər arasında barışıq olarsa, onları nə gözləyir?
Ağadadaş Ağayev üzr istəməklə məsuliyyətdən yayına biləcəkmi?
Den.az xəbər verir ki, vəkil Mehman Muradlının sözlərinə görə ki, hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (xuliqanlıq) cinayət işi başladılıb.
Onun sözlərinə görə, xuliqanlıq maddəsinə adətən, xitam verilmir:
“İş artıq məhkəməyə ötürülüb. Düzdür, məhkəmə xitam verə də bilər, verməyə də. Lakin xuliqanlıq maddəsinə xitam verilmir. Amma hər halda ortada balta var. Həm də işə 3-cü hissə ilə başlanılıb. Ona görə də, orada mütləq hökm çıxarılmalıdır. Barışıq sadəcə, işi yüngülləşdirən haldır. Normalda onlar həbs də oluna bilərlər”.
Ağadadaş Ağayev həbs oluna bilər – VƏKİLDƏN AÇIQLAMA

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.