Amerikalı müğənni Taylor Swift altıncı dəfə və ardıcıl dördüncü il dünyanın ən çox satılan ifaçısı elan olunub. Məlumat Beynəlxalq Fonoqrafiya Sənayesi Federasiyasının illik hesabatında dərc edilib.
Taylor Swift üçün IFPI-nin altıncı “qlobal ilin artisti” mükafatı həqiqətən tarixi nailiyyətdir, – deyə federasiyanın baş direktoru Victoria Oakley bildirib.
2025-ci il müğənni üçün xüsusilə əlamətdar olub. Onun 12-ci albomu “The Life of a Showgirl” və turnesindən bəhs edən “The End of an Era” sənədli filmi qlobal miqyasda böyük maraq doğurub. Layihələr striminq, fiziki və rəqəmsal formatlarda yayımlanıb.

2024-cü ildə isə Swift “Midnights” albomuna görə “ilin albomu” nominasiyasında “Grammy” mükafatını qazanaraq bu kateqoriyada rekord müəyyənləşdirib. Bu, onun sözügedən nominasiyada dördüncü qələbəsi olub.
IFPI versiyasına görə “qlobal ilin artisti” siyahısında Cənubi Koreya qrupu Stray Kids ikinci yeri tutaraq üçüncü ildir ardıcıl olaraq ilk beşliyə daxil olub. Kanada reperi Drake üçüncü, kanadalı musiqiçi Abel Makkonen Tesfaye (The Weeknd) dördüncü, puerto-rikolu ifaçı Bad Bunny isə beşinci yerdə qərarlaşıb.

