Cənubi Afrika-Amerika aktrisası Şarliz Teron bir daha kişi ilə eyni evdə yaşamağa hazır olmadığını bildirib.
O, bu barədə The Drew Barrymore Show proqramında danışıb.
50 yaşlı aktrisa qeyd edib ki, hazırda onun üçün ən vacib məsələ uşaqlarının tərbiyəsidir. Bununla belə, o bildirib ki, uşaqları onun şəxsi həyatına müsbət yanaşır və onu görüşlərə getməyə təşviq edir.
“Düşünmürəm ki, nə vaxtsa kiminləsə birlikdə yaşaya bilim. Bəlkə uşaqlar böyüyüb evdən gedəndən sonra bu dəyişə bilər”, — deyə Şarliz Teron qeyd edib.
Aktrisa əlavə edib ki, münasibətdə olduğu şəxsin yaxınlıqda ayrıca evdə yaşaması variantına etiraz etməzdi.

Qeyd edək ki, Şarliz Teron 2012 və 2015-ci illərdə övladlığa götürdüyü iki uşağı təkbaşına böyüdür və rəsmi olaraq heç vaxt evli olmayıb.

