Bir neçə gün əvvəl səhhətində problem yaranaraq xəstəxanaya yerləşdirilən və aparılan müayinələr zamanı bağırsağında kütlə aşkarlanan Tarık Mengüçdən sevənlərini rahatladan xəbər gəlib. Günlərdir patoloji analizinin nəticəsini gözləyən və izləyicilərindən dua istəyən məşhur müğənninin səhhəti ilə bağlı vəziyyət aydınlaşıb.
Kritik patoloji nəticəsini Tarık Mengüçün həyat yoldaşı Funda Mengüç duyğusal video ilə açıqlayıb. Analizlərin tamamilə təmiz çıxdığını bildirən Funda Mengüç deyib:
“Bunlar sevinc göz yaşlarıdır. Heç bir xərçəng hüceyrəsi yoxdur. Allah sizdən razı olsun. Həyat yoldaşımın bu qədər sevildiyini bilmirdim. O qədər çox dua gəldi ki...”
Analiz nəticəsinin təmiz olduğunu öyrəndiyi anlarda göz yaşlarını saxlaya bilməyən Tarık Mengüçün rahatlama anları kameraya əks olunub.
Duyğusal anlar yaşayan sənətçi ona dəstək olan və dua edən sevənlərinə təşəkkür edərək:
“Allahım, Sənə şükürlər olsun. Sizin dualarınız sayəsində. Allah sizdən razı olsun”, – deyib.

