Məşhur müğənni Mert Demir ötən axşam Harbiye Cemil Topuzlu Açıqhava Teatrında səhnəyə çıxıb.
Sevilən mahnılarını səsləndirən Mert Demiri dinləməyə gələnlər arasında sevgilisi Serenay Sarıkaya, Merve Dizdar, Cihan Ayger, Zeynep Artukmaç, Mert Yazıcıoğlu və Simge Sağın da olub.
Gecənin ən diqqətçəkən anlarından biri isə Mert Demirin konsert zamanı imicini dəyişməsi olub.

Müğənni bərbərini səhnəyə çağıraraq bığını kəsdirib. Həmin anlar səhnənin yanındakı nəhəng ekranlarda da nümayiş etdirilib və tamaşaçılar bu sürprizi təəccüblə izləyiblər.

Bığını kəsdirdikdən sonra konsertinə davam edən Mert Demir ikinci hissədə səhnəyə yeni görünüşü ilə çıxıb. Müğənninin bığsız imici tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Kibariye ilə duet etdi

Mert Demir konsertdə Kibariyeni də qonaq edib. İkili “Karakış” mahnısını birlikdə ifa edib.
Konserti “Mert Demir” yazılı bandana ilə izləyən Serenay Sarıkaya gecənin sonunda sevgilisi Mert Demir, həmçinin Merve Dizdar və Cihan Ayger ilə birlikdə foto çəkdirib.


