Bir dövrün məşhur “Kurtlar Vadisi” serialında Polat Alemdar obrazı ilə yadda qalan Necati Şaşmaz oğulları Ali Nadir və Yusuf Emirlə birlikdə Ahlata səfər edib.
Türkiyə mediasının məlumatına görə, aktyor 1071-ci il Malazgirt zəfərinin 955-ci ildönümü münasibətilə təşkil olunan tədbirlər çərçivəsində Ahlata gedib.
Şaşmaz səfər zamanı oğulları ilə çəkdirdiyi fotoları sosial media hesabında paylaşaraq “Ahlat gəzintisi” qeydini yazıb.

Aktyorun övladları ilə birlikdə çəkilən yeni fotoları izləyicilərinin marağına səbəb olub.
Necati Şaşmaz 2012–2021-ci illərdə Nagehan Kaşıkçı ilə evli olub. Onların bu nikahdan Ali Nadir və Yusuf Emir adlı iki oğlu var.

