2016-cı ildə ailə quran Neslihan Atagül və Kadir Doğulu 2025-ci ildə oğulları Azizin dünyaya gəlməsi ilə valideyn olublar. Məşhur cütlük bu dəfə oğulları ilə birlikdə çıxdıqları tətildən görüntüləri sosial şəbəkədə paylaşıb.
Ailə qayıqla dənizə çıxıb və gün ərzində birlikdə vaxt keçirib. Atagülün paylaşdığı fotolarda dəniz mənzərələri ilə yanaşı, Azizlə keçirdikləri səmimi anlar da yer alıb.
Paylaşımda aktrisanın ad günündən qısa video da diqqət çəkib. Neslihan Atagül tortun qarşısında arzu tutaraq şamlarını üfürüb.
Cütlüyün oğulları Azizlə çəkdirdiyi təbii və ailəvi fotolar izləyicilərin marağına səbəb olub.






Denmedia.az

