Nurgül Yeşilçay baş rolda çəkildiyi yeni serialın yayım tarixinin hələ də açıqlanmamasına zarafatla reaksiya verib.

Bülent İnal və Gonca Vuslateri ilə birlikdə rol aldığı ekran işinin ilk tanıtım çarxı yayımlansa da, serialın nə vaxt efirə çıxacağı hələ məlum deyil. Bu qeyri-müəyyənlik izləyicilər arasında da maraq yaradıb.

Yeşilçay tanıtımı sosial şəbəkə hesabında paylaşaraq belə yazıb:
“Biz efirə çıxmayacağıq, özümüz üçün çəkirik. Amma baxa bilsəniz, çox sevəcəksiniz.”
Aktrisanın bu ironik paylaşımı qısa müddətdə diqqət çəkib, serialın yayım tarixi ilə bağlı marağı daha da artırıb.
Denmedia.az

