Aktrisa Ceyda Düvenci 2023-cü ildə aktyor Bülent Şakrakdan boşandıqdan sonra bir müddət şəxsi həyatı ilə gündəmə gəlməyib. Daha sonra radio aparıcısı Güçlü Mete ilə münasibətə başlayan Düvenci sevgilisi ilə İsveçin paytaxtı Stokholmda ailə qurub.
Toydan sonra ilk dəfə kameralar qarşısında danışan Ceyda Düvenci həyatının yeni mərhələsindən məmnun olduğunu bildirib.
“Bitən hər şeyə görə təşəkkür edirəm. İndi həyatımın ikinci baharını yaşayıram. Ümidimi heç vaxt itirmədim. Heç itirməmək də lazımdır”, – aktrisa deyib.

