“Sultan Süleyman” obrazı ilə məşhurlaşan türkiyəli aktyor Halit Ergenç Rusiyaya gedib.
POPCAKE-in məlumatına görə, “Möhtəşəm yüzil” serialının ulduzu Yekaterinburqda keçirilən Beynəlxalq Gənclər Festivalında iştirak etmək üçün şəhərə gəlib.
Festival sentyabrın 11-dən 17-dək “Yekaterinburq-Ekspo” Beynəlxalq Sərgi Mərkəzində keçirilir.

Halit Ergenç aktyorluq fəaliyyətinə 1996-cı ildə “Dormen” teatrında başlayıb. Onun yaradıcılıq karyerasında 30-dan çox ekran və səhnə işi yer alır.
Aktyor “Möhtəşəm yüzil”lə yanaşı, “Vətənim sənsən”, “Min bir gecə”, “Kral uduzarsa”, “Atam və oğlum” və “İlk məhəbbət” kimi layihələrdə də rol alıb.

