Hollivud ulduzu Kevin Kostner özündən 32 yaş kiçik olan sosial media fenomeni Makkena Uesli ilə birlikdə görüntülənib.
71 yaşlı aktyorun 39 yaşlı Uesli ilə təxminən bir ildir yaxın münasibətdə olduğu iddia edilir. Cütlüyün yenidən birlikdə görüntülənməsi onların şəxsi həyatını maqazin gündəminə gətirib.
ABŞ mətbuatının məlumatına görə, Kostner və Uesli təxminən bir il əvvəl Arizona ştatının Skottsdeyl şəhərində tanış olublar. Onlar ilk dəfə 2025-ci ilin oktyabrında aktyorun rol aldığı “Field of Dreams” filminin nümayişi zamanı birlikdə görüntüləniblər.
İkilinin ortaq maraqlarından birinin qolf olduğu bildirilir.
Kostner və Uesli avqust ayında Kaliforniyanın Santa-Barbara şəhərində birlikdə nahar edərkən görüntüləniblər. Ueslinin aktyorun Santa-Barbara və Aspendə yerləşən evlərində dəfələrlə qonaq olduğu iddia edilir.

39 yaşlı Makkena Uesli sosial şəbəkələrdə “The Bubbly Blonde” adı ilə tanınır. Moda, gözəllik və səyahət mövzularında paylaşımlar edən fenomenin İnstaqramda 400 mindən çox izləyicisi var.
Kostnerlə Uesli arasındakı 32 yaş fərqi onların birlikdə görüntülənməsindən sonra maqazin mətbuatının diqqətini çəkən əsas məqamlardan biri olub.
Bununla belə, tərəflər arasında romantik münasibətin olub-olmadığı hələlik rəsmən təsdiqlənməyib. Ueslinin nümayəndəsi onun Kostnerlə münasibəti barədə şərh vermək istəmədiyini bildirib.

Xatırladaq ki, Kevin Kostner təxminən 18 illik evlilikdən sonra 2024-cü ildə Kristin Baumqartnerdən boşanıb. Aktyorun boşandıqdan sonra müxtəlif xanımlarla görüntülənməsi onun şəxsi həyatını dəfələrlə maqazin gündəminə gətirib.

