Türkiyəli məşhur müğənni Güllünün ölümündən bir il ötür. Sənətçinin ölümü ilə bağlı həbs edilən qızı Tuğyan Ülkəm Gültər oktyabrın 1-də hakim qarşısına çıxacaq.
Əsl adı Gül Tut olan müğənni 2025-ci il sentyabrın 26-da Yalovadakı evinin pəncərəsindən yıxılaraq 52 yaşında həyatını itirib.
Aparılan istintaq nəticəsində sənətçinin qızı anasını qəsdən öldürməkdə ittiham olunaraq həbs edilib. Prokurorluq onun barəsində ağırlaşdırılmış ömürlük həbs cəzası tələb edib.
İttiham aktında Gültərin hadisə gecəsi anasının sevdiyi mahnını səsləndirərək onu otağa gətirdiyi və daha sonra pəncərədən atdığı iddia olunur.
İş üzrə ilk məhkəmə iclası oktyabrın 1-də keçiriləcək.

