Fatih Terimin qızı Buse Terim sosial şəbəkə hesabında kiçik qızı Nilin COVID-19-a yoluxduğunu açıqlayıb.
Buse Terimin sözlərinə görə, Nil bir neçə gündür yüngül hərarət, güclü sümük ağrısı, boğaz və qarın ağrısı, eləcə də başgicəllənmədən şikayət edib. Bu əlamətlərdən sonra həkimə müraciət edilib və aparılan testin nəticəsi müsbət çıxıb.
Nəticəni öyrənəndə təəccübləndiyini deyən Buse Terim belə bildirib:
“2026-cı ildə hələ də COVID varmış, dostlar. Mən də eşidəndə bir az şok oldum. Salam, COVID pozitiv.”
Terim məktəblərdə müxtəlif xəstəliklərin yayıldığını bildiyini, lakin son vaxtlar ətrafında COVID-19 hadisəsi eşitmədiyini qeyd edib. Onun sözlərinə görə, həkimləri hazırda COVID hallarının çox olduğunu bildirib.
Buse Terim qızı Nilin cümə günündən məktəbə getmədiyini, həmçinin məktəbdəki digər valideynləri vəziyyət barədə məlumatlandırdığını deyib. O, yoluxucu xəstəliklərin gizlədilməməsinin vacib olduğunu vurğulayıb.

