İlk dəfə ana olmağa hazırlaşan Alina Boz qızı üçün hazırlıqlara başlayıb.
2023-cü ildə Umut Evirgenlə ailə quran məşhur aktrisa hazırda ana olmağın həyəcanını yaşayır. Cütlük daha əvvəl cinsiyyət açıqlama mərasimində qız övladı gözlədiklərini bildirmişdi.

Alina Boz bu dəfə sosial şəbəkədə qızı üçün hazırlanan uşaq otağından paylaşım edib.
Aktrisanın otağın dekorasiyasında hansı rəngi seçəcəyinə hələ qərar vermədiyi görünür. Boz paylaşımına “Rəng pərilərini gözləyirik” qeydini əlavə edib.

Hamiləlik dövründən zaman-zaman fotolar paylaşan aktrisanın körpə otağı ilə bağlı bu paylaşımı da qısa müddətdə izləyicilərin marağına səbəb olub.

