16 
avq
2023
18:00
224

Azərbaycanda AĞIR QƏZA: İki nəfər boğularaq öldü + FOTOLAR

16 avq, 2023
18:00
224

Azərbaycanda AĞIR QƏZA: İki nəfər boğularaq öldü + FOTOLAR

Kürdəmirdə ağır yol qəzası baş verib, ölənlər var.
 
Den.az “Report”a istinadən xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Qaramahmudlu kəndindən keçən hissəsində qeydə alınıb.
 
Belə ki, “Mitsubishi” markalı avtomaşın Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və maşın yoldan çıxaraq yol kənarındakı su kanalına düşüb.
 
Nəticədə avtomobildə olan sürücü və sərnişin suda boğularaq dünyasını dəyişib.
 
Onların meyitləri sudan çıxarılaraq Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.
 


Hazırda faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar