Xəbər verdiyimiz kimi, bir neçə gün bundan öncə ,Abşeron Gənclər Şəhərciyində baş verən partlayışın təfərrüatı məlum olub.
Hadisədə ölən Günel Əliyevanın qonşuları Den.az -a bildiriblər ki, partlayış mərhumun yaxını hesab edilən və həmin an evdə olan ustanın siqaret çəkmək istədiyi zaman baş verib.
Belə ki, hadisə zamanı mənzildə iki uşaqda daxil olamaqda 4 nəfər olub. Onlardan biri – 9-cu sinif şagirdi olan Mehdi ağır yanıq xəsarəti alaraq həlak olub.
Mərhumun anası Günel Əliyeva və dayısı oğlu kimi tanınan Novruz adlı şəxs ağır yaralı olduğu üçün təcili yardımın köməkliyi ilə xəstəxanaya aparılıb. Övladının ölüm xəbərini isə anadan gizlədilib. Lakin acı xəbəri öyrənən ana dözməyərək ölüb. Novruz adlı şəxs isə Günel Əliyevan bir gün qabaq xəstəxanaya dünyasını dəyişib.
Məlumata görə mənzildə olan digər uşaq (ölən uşaqdan böyükdür), ona heç nə olmayıb, ehtimal olunur ki, o, nənəsinə veriləcək. Uşaqların atası isə onlarla yaşamırmış.
Qeyd edək ki, mərhum Günel Əliyeva Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibb bacısı kimi çalışırmış.