Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər Qadınlar Şurasının təşkilatçılığı, Sumqayıt şəhər İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Təhsil İdarəsi və Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər təşkilatının dəstəyi ilə 03.06.2024-cü il tarixdə Sumqayıt şəhər Dram Teatrında "Dönəcəyəm O Yurda!"-adlı bədii tədbir keçirilib.
"Den.az" xəbər verir ki, tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər Qadınlar Şurasının sədri İlhamə Abdullayeva tədbirdə iştirak edən şəhər ictimaiyyətini, millət vəkillərini, təşkilatın üzvlərini salamlayaraq bildirib ki, Qadınlar Şurasının üzvləri, eləcə də Qərbi Azərbaycandan olan bütün ziyalı qadınlar öz işlərinin icrasında qarşılarında duran tapşırıqlara böyük məsuliyyətlə yanaşırlar. Vətən Müharibəsində olduğu kimi, tezliklə Qərbi Azərbaycana qayıdış yolunda da xalqımızın həmişə Prezident İlham Əliyevin yanında olacağı, dövlətimizin başçısının verdiyi tapşırıqların lazımınca yerinə yetiriləcəyindən bəhs edib.
Daha sonra çıxış edən Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanov icmanın uğurlu fəaliyyəti və bu istiqamətdə aparılan işlər barədə icma üzvlərini məlumatlandırıb.
Ulu Öndər Heydər Əliyevin memarı olduğu müasir Azərbaycan Respublikasının uğurlu və ardıcıl addımları, prezident İlham Əliyevin əvəzolunmaz siyasətinin ölkəmizin inkişafını gündən-günə daha da gücləndirməsi barədə bildirib.
Daha sonra çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin birinci müavini Teymur Səmədov Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər təşkilatının fəaliyyəti və uğurları barədə danışıb.
Təşkilatın fəaliyyətə başladığı dövrdən bir sıra önəmli tədbir və layihələr həyata keçirdiyini bildirən T.Səmədov bunun həm də şəhər ictimaiyyətinin böyük maraq və dəstəyinə səbəb olduğunu bildirib.
Şahnaz Əliyeva
Den.az
Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər Qadınlar Şurasının təşkilatçılığı ilə tədbir keçirilib
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.