Sumqayıt Bələdiyyəsi tərəfindən şəhərin müxtəlif yaşayış massivlərində həyata keçirilən məhəllə komitələrinə seçki prosesi uğurla davam etdirilir.
Den.az xəbər verir ki, bu təşəbbüs şəhər sakinlərinin yerli idarəetmədə birbaşa iştirakını təmin etmək, onların səsini daha da gücləndirmək məqsədi daşıyır.
Növbəti görüş 2-ci məhəllə üzrə 1 saylı məhəllə komitəsində olub. Burada komitənin hesabatı və sədr , məhəllə komitəsinin üzvlərinin seçilməsi prosesi olub. Eləcədə "Xəzər" bağçılıq cəmiyyəti ərazisi üzrə 1 saylə məhəlləsində də bu proses həyata keçirilib.
Sakinlərin fəal iştirakı ilə baş tutan toplantıda Bələdiyyə nümayəndələri məhəllə komitələrinin əhəmiyyətindən danışaraq, bu strukturların şəhər idarəçiliyində mühüm rol oynadığını vurğulayıblar.