Sumqayıtda abadlıq işləri aparılıb.
DenMedia.az xəbər verir ki, Sumqayıt Bələdiyyəsi tərəfindən şəhərin müxtəlif ərazilərində genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilib.
İşlər əsasən Xəzər bağları, Bulvar küçəsi və digər yaşayış massivlərində aparılıb.
Abadlıq tədbirləri çərçivəsində yaşıllıq zolaqları bərpa olunub, yol kənarlarında səliqə-sahman yaradılıb, park və istirahət guşələrində təmizlik işləri görülüb. Bununla yanaşı, sakinlərin rahatlığı üçün yeni istirahət məkanlarının formalaşdırılması istiqamətində də işlər görülüb.
Qeyd edək ki, Sumqayıt şəhərində abadlıq və quruculuq işləri şəhər rəhbəri Zakir Fərəcovun tapşırıq və tövsiyələri əsasında mütəmadi olaraq davam etdirilir. Görülən tədbirlər nəticəsində şəhərin ümumi siması dəyişir, infrastruktur yenilənir və Sumqayıt günü-gündən daha da gözəlləşir.
Sakinlərin sözlərinə görə, həyata keçirilən bu tədbirlər onların gündəlik rahatlığını artırmaqla yanaşı, şəhərin ekoloji mühitinə də müsbət təsir göstərir.