Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun doğum günüdür.
Denmedia.az xəbər verir ki, şəhərin müasir inkişaf mərhələsi məhz onun adı ilə bağlı olan ardıcıl islahatlar, məqsədyönlü idarəetmə və sosial məsuliyyət prinsipləri ilə yadda qalır.
Zakir Fərəcovun rəhbərliyi dövründə Sumqayıt abad, rahat və yaşanılan müasir urban məkana çevrilib. Şəhərin yol-nəqliyyat infrastrukturu yenilənib, məhəllədaxili yollar abadlaşdırılıb, parklar və istirahət məkanları salınıb, sosial obyektlərin fəaliyyəti gücləndirilib. Bu addımlar şəhər sakinlərinin gündəlik həyat keyfiyyətinə birbaşa müsbət təsir göstərib.
Sosial-iqtisadi inkişaf strategiyasının əsas xəttini insan amili təşkil edir. Vətəndaş müraciətlərinə həssas yanaşma, problemlərin yerində araşdırılması və operativ həlli Zakir Fərəcovun idarəçilik üslubunun əsas xüsusiyyətlərindəndir. Şəffaflıq, məsuliyyət və davamlılıq prinsipləri Sumqayıtın inkişaf tempini qoruyub saxlayan əsas amillərdən biri kimi qiymətləndirilir.
Bu gün Sumqayıt dinamik inkişaf edən, investisiya cəlbediciliyi artan, sosial rifahı yüksələn şəhərlər sırasında yer alırsa, bu, görülən sistemli işlərin və uzaqgörən idarəetmənin nəticəsidir.
Doğum günü münasibətilə Zakir Fərəcovu səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və Sumqayıt şəhərinin inkişafı naminə fəaliyyətində yeni uğurlar arzulayırıq.

Nizami Rəsulov
Denmedia.az

