Daxili İşlər Nazirliyi Qarabağa səfər edən vətəndaşlara mühüm xəbərdarlıq edib.
Bildirilib ki, Novruz və Ramazan bayramı günlərində Qarabağa səfər edən şəxslərə yanıcı və partlayıcı maddələrin aparılması qəti şəkildə qadağandır.
Qeyd olunub ki, bayram günlərində təhlükəsizliyin təmin edilməsi məqsədilə hüquq-mühafizə orqanlarının əməkdaşları gücləndirilmiş iş rejiminə keçib və ictimai asayişin qorunması üçün bütün zəruri tədbirlər görülür.
Nazirlik vətəndaşlara məsuliyyətli davranmağı tövsiyə edib.
Qarabağa sərbəst və maneəsiz səfər üçün əvvəlcədən müvafiq portalda qeydiyyatdan keçmək tələb olunur.
Şəxsi avtomobillə səfər edənlərə müəyyən edilmiş marşrutlardan kənara çıxmamaq tapşırılıb.
Bundan əlavə, vətəndaşlara yalnız istirahət üçün nəzərdə tutulmuş ərazilərə baş çəkmək tövsiyə olunub.
Yanıcı və partlayıcı maddələrin Qarabağ ərazisinə keçirilməsi qəti şəkildə qadağandır.

