14 
fev
2024
20:46
193

"ZƏRƏRLİ VƏRDİŞLƏR : SİQARET ÇƏKMƏK" MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ MƏŞĞƏLƏ KEÇİRİLİB-FOTOLAR

14 fev, 2024
20:46
193

"ZƏRƏRLİ VƏRDİŞLƏR : SİQARET ÇƏKMƏK" MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ MƏŞĞƏLƏ KEÇİRİLİB-FOTOLAR

Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin biologiya fənn müəllimləri Qızbəst İbrahimova və Ramilə Orucova "Zərərli vərdişlər : Siqaret çəkmək" mövzusunda maarifləndirici məşğələ keçirib. 

Bu barədə "Den.az"-a Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.

Məktəblilər üçün zərərli vərdişlərlə mübarizəyə həsr olunmuş maarifləndirici görüş məktəbin 8-ci siniflərində oğlanlar ayrı, qızlar ayrı olmaqla keçirilib. Biologiya fənn müəllimlərinin “zərərli vərdişlərdən necə uzaqlaşmalı”, siqaretin insan orqanizminə ağılasığmaz təsiri”, "insan orqanizminə psixoloji və bioloji zərərləri” kimi mövzuları şərh etdikləri maarifləndirici söhbətləri şagirdlərin böyük marağına səbəb olub. 

Ümumilikdə interaktiv formada keçən görüş zamanı müəllimlər şagirdlərin çoxsaylı suallarını cavablandırıb. 









Bizimlə əlaqə saxlayın

Çox oxunanlar