Rusiya Prezidenti Vladimir Putin Ukraynadan Donbası tərk etməyi, NATO-ya üzv olmaq ambisiyalarından əl çəkməyi, neytrallığı qorumağı və Qərb qoşunlarının ölkəyə buraxılmamasını tələb edib. Bu barədə “Reuters” Kremldəki mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, ABŞ Prezidenti Donald Tramp və Putinin arasında 3 saatlıq qapalı görüşdə Ukrayna ilə bağlı mümkün kompromislər müzakirə olunub.
Denmedia.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Vaqif Hüseyn bildirib ki, Putinin bu tələbləri yeni deyil:
Vaqif Hüseyn
Əlbəttə, informasiya müharibəsi də davam edir. Məsələn, Rusiya ordusunun millimetrik irəliləyişləri böyük şəhərlər və qəsəbələr ələ keçirmiş kimi təqdim olunur. Təəssüf ki, bu gün Rusiyada bu təbliğat işə yarayır və əhalinin böyük bir hissəsi ona inanır. Müharibə əleyhdarı olan təbəqə isə böyük ölçüdə susdurulub. Bu, siyasi sifarişli qətllər, təhdidlər və sürgünlərlə həyata keçirilir. Bunlar nəticə verməyəndə isə ictimai qınaqla müharibə əleyhdarları susdurulur.
Rusiya bütün bunlara arxayındır. Daxili auditoriyanın dəstəyi, müharibədə əldə etdiyi üstünlüklər, dəyişən geosiyasi konfiqurasiya və digər faktorlar onun diplomatik sahədə də təzyiq və hücum strategiyasına keçməsinə səbəb olub”.