ABŞ prezidenti Donald Tramp Ukraynadakı korrupsiyanı çətin problem adlandırıb. Ağ Evin saytında yayımlanan çıxışında o bildirib ki, bu amil sülh prosesinə mane olur.
“Ukraynanın ciddi problemləri var, onların korrupsiya vəziyyəti mövcuddur və bu, sözsüz ki, prosesə kömək etmir”, — deyə ABŞ lideri vurğulayıb.

