ABŞ Prezidenti Donald Tramp Ukrayna rəhbərliyindəki korrupsiya qalmaqalını “kolossal” adlandırıb və Kiyevi yenidən seçkilər keçirməyə çağırıb.
Tramp jurnalistlərlə söhbətində bildirib:
“Bu korrupsiya məsələsi — kolossaldır.”
ABŞ lideri Ukraynada seçkilərin keçirilməsinin zəruriliyindən danışaraq sual edib:
“Daha nə qədər gözləməliyik ki, onlar səsvermə təşkil etsinlər?”
Tramp əlavə edib ki, Ukrayna əhalisinin böyük əksəriyyəti Rusiyayla münaqişənin həllini dəstəkləyir.

