ABŞ prezidenti Donald Tramp etiraf edib ki, Ukrayna münaqişə nəticəsində artıq ciddi ərazi itkiləri verib.
Onun sözlərinə görə, Vaşinqton Avropa İttifaqı ilə birgə Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin detallarını fəal şəkildə işləyib hazırlayır. Açıqlama Ağ Evin rəsmi saytında yayımlanıb.
“Düzünü desəm, onlar artıq ərazi itiriblər. Yəni ərazi artıq itirilib,” — deyə Tramp bildirib.

