Venesuela parlamentinin sabiq deputatı María Corina Machado Nobel Sülh Mükafatını ABŞ prezidenti Donald Trump-a ötürə bilməyəcək.
Bu barədə Nobel Committee rəsmi saytında açıqlama verib.
Komitənin bəyanatında bildirilib ki, Nobel mükafatı elan edildikdən sonra geri alına, bölüşdürülə və ya başqa şəxsə verilə bilməz.
“Qərar qətidir və daimi olaraq qüvvədə qalır”, — deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, Tramp daha əvvəl dəfələrlə özünü Nobel Sülh Mükafatına layiq hesab etdiyini açıqlamışdı. Lakin 10 oktyabr 2025-ci il tarixində Nobel Komitəsi həmin il üzrə mükafatın María Korina Maçadaya verildiyini rəsmən elan edib.

