NATO illik sammitlərin keçirilməsindən ABŞ ilə fikir ayrılıqları səbəbindən imtina edə bilər.
Bu barədə Reuters agentliyi mənbələrə istinadən məlumat verib.
Məlumata görə, Alyans ölkələrinin nümayəndələri Ağ Evin rəhbəri Donald Tramp ilə potensial gərgin görüşlərdən yayınmaq istəyirlər.
Bununla belə, mövcud məlumatlara əsasən, bu hal iyul ayında Ankarada keçiriləcək sammitə təsir etməyəcək. Tədbir artıq təsdiqlənib və yüksək hazırlıq mərhələsindədir.

