Türkiyədə sərvəti 30 milyon dollardan çox olan ultra zəngin insanların sayı son beş ildə təxminən 93,5 faiz artaraq 2174 nəfərdən 4208 nəfərə çatıb. Bu barədə Ekonomim nəşri Knight Frank tərəfindən yayımlanan The Wealth Report 2026 hesabatına istinadən yazır.
Gözlənilir ki, 2031-ci ilə qədər bu rəqəm daha 13 faiz artaraq 4772 nəfərə çatacaq. Həmin dövrə qədər ölkədə milyarderlərin sayı da 35 nəfərdən 46 nəfərə yüksələrək 31 faiz artacaq.
Son beş ildə dünyada ultra zəngin insanların sayı 551 435 nəfərdən 713 626 nəfərə yüksələrək 29 faiz artıb. Ümumi artımın 40 faizdən çoxu ABŞ-ın payına düşür, ondan sonra Çin gəlir.
Bu müddətdə ultra zənginlərin sayının ən sürətlə artdığı ölkələr Polşa (109 faiz artım) və Qətər (107 faiz) olub. Türkiyə üçüncü yerdə qərarlaşıb, Rumıniya isə 93 faiz artımla dördüncü yeri tutur.

