ABŞ-də respublikaçılar İranla müharibənin maliyyələşdirilməsi üçün təcili olaraq 100 milyard dollaradək əlavə vəsait ayrılmasına çalışırlar.
Bu barədə “Kommersant” məlumat yayıb.
Analitiklərin hesablamalarına görə, əlavə maliyyə ayrılmasa, ABŞ Müdafiə Nazirliyi artıq iyul ayında xərclərini azaltmalı olacaq.
Konqresin hər iki palatasındakı respublikaçı liderlər maliyyə tələbinin demokratlar və bəzi respublikaçılar tərəfindən bloklana biləcəyindən ehtiyat edirlər.
İyun ayında bir neçə uğursuz cəhddən sonra qəbul edilən qətnamə Prezident Donald Trampdan ya qoşunları geri çəkməyi, ya da hərbi əməliyyatları davam etdirmək üçün Konqresdən icazə almağı tələb edib.
Trampın İran kampaniyasını dəstəkləyən mühafizəkarlar ordunun ehtiyaclarını sürətlə maliyyələşdirmək üçün büdcə uzlaşdırılması prosedurundan istifadə etməyə qərar veriblər. Bu prosedur qanun layihəsinin Senatda adi səs çoxluğu ilə qəbuluna imkan verə bilər.
Nümayəndələr Palatasının Büdcə Komitəsi sənədi 16 iyulda təsdiqləyib. Palatanın spikeri Mayk Conson layihənin qarşıdakı həftə ümumi səsverməyə çıxarılmasını planlaşdırır.

