Tailand Xarici İşlər Nazirliyi Pattayada iki Rusiya vətəndaşının öldürülməsi ilə əlaqədar Rusiyanın xarici işlər naziri Sergey Lavrova başsağlığı məktubu təqdim edib.
Tailandın xarici işlər naziri Sihasak Phuangketkeu brifinq zamanı bildirib ki, baş verən cinayət ölkənin turizm məkanı kimi nüfuzuna ciddi zərbə vurub. Onun sözlərinə görə, hakimiyyət hadisənin dövlətin imicinə mənfi təsirini qəbul edir.
Məlumata görə, 17 yaşlı Roman və 22 yaşlı bacısı oğurlandıqdan sonra öldürülüblər. Roman qarın nahiyəsindən iki güllə yarası alıb, bacısı isə döyülərək qətlə yetirilib.

Saxlanılan cinayətkar qrup rəhbərlərindən biri istintaq eksperimenti zamanı bildirib ki, bacı-qardaş oğurlandıqdan sonra müqavimət göstərməyə çalışıblar.
Tailandın Baş naziri Anutin Çarnvirakul cinayəti törədənlərin ən sərt cəzanı alacağını bildirib. O, şübhəlilərin girov müqabilində müvəqqəti azadlığa buraxılmayacağını vurğulayıb.
Baş nazir həmçinin sübutlar, maddi dəlillər və şahid ifadələri də daxil olmaqla, istintaq materiallarının yoxlanılması üçün xüsusi qrupların yaradılacağını açıqlayıb.

