ABŞ-nin ötən il Yəmənə endirdiyi hava zərbələri nəticəsində yüzlərlə mülki şəxs həlak olub və ya yaralanıb.
NBC News mənbələrə istinadən xəbər verir ki, 2025-ci il aprelin 17 və 28-də həyata keçirilən zərbələr nəticəsində təxminən 150 mülki şəxs ölüb, daha 200 nəfər yaralanıb.
Bundan başqa, 2025-ci il aprelin 6-da yaşayış evlərindən biri də hədəfə alınıb. Həmin hücum zamanı ölən və yaralananların sayı barədə məlumat açıqlanmayıb.
Telekanalın məlumatına görə, 53 gün ərzində ABŞ hərbçiləri Yəməndə 1000-dən çox hədəfə yüzlərlə hava zərbəsi endirib.
NBC News qeyd edir ki, hüquq müdafiə təşkilatlarının mülki itkilərlə bağlı hesabatlarına baxmayaraq, Pentaqon ABŞ-nin husilərə qarşı əməliyyatları zamanı mülki şəxslərin həlak olduğunu qəbul etməyib.

