Nigeriyanın şimal-şərqində yerləşən Yobe ştatında bazara endirilən hava zərbəsi nəticəsində azı 200 nəfər həlak olub.
Bu barədə Reuters yerli şura üzvü və region sakinlərinə istinadən məlumat yayıb.
Hadisə Gilli həftəlik bazarı yaxınlığında baş verib. Yerli şura üzvü Lavan Zanna Nur Geidam bildirib ki, ölənlərin sayı 200-dən çoxdur. Bu rəqəmi bölgə sakinləri və beynəlxalq humanitar təşkilat nümayəndəsi də təsdiqləyib.
Nigeriya Hərbi Hava Qüvvələri yayılan məlumatlara reaksiya verərək, mülki itkilərlə bağlı araşdırma qrupunun hadisə yerinə göndərildiyini açıqlayıb.
Bununla yanaşı, hərbi qurum qonşu Borno ştatında “Boko Haram” qruplaşmasının mövqelərinə zərbələr endirdiyini bildirsə də, mülki obyektə zərbə ilə bağlı rəsmi məlumat verməyib.
Yobe hakimiyyəti isə detal açıqlamadan hücumun bazar ərazisinə yaxın zonada baş verdiyini və mülki şəxslərin zərər gördüyünü təsdiqləyib.

