İstanbulun Yeşilköy bölgəsində iki çimərlikdə bakterial çirklənmə normadan yüksək olduğu üçün dənizə girmək qadağan edilib.
Milliyet Türkiyə Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, aparılan analizlər zamanı suda bağırsaq çöpü (E. coli) və enterokokk bakteriyalarının miqdarının normadan artıq olduğu müəyyənləşdirilib.
Məlumata görə, E. coli səviyyəsi 100 millilitr suda 1800 KƏV-ə çatıb və suyun keyfiyyəti “pis” kimi qiymətləndirilib.
Bu bakteriyalar fekal-oral yolla yayıla bilər və insanlarda ishal, ürəkbulanma, qusma, qızdırma və qarında spazmlar yarada bilər.
Bu səbəbdən sözügedən iki çimərlikdə üzməyə müvəqqəti qadağa qoyulub.

