ABŞ Dövlət katibi Marko Rubio prezident seçkilərində mümkün iştirakı ilə bağlı suala cavab verməkdən imtina edib. Bu barədə India Today məlumat yayıb.
Söhbət zamanı siyasətçidən 2028-ci ildə ABŞ prezidentliyinə namizəd olub-olmayacağı soruşulub.
“Buna cavab vermirəm”, — deyə ABŞ Dövlət katibi bildirib.
Bununla belə, Rubio hazırkı işindən razı olduğunu qeyd edib. Onun sözlərinə görə, ABŞ xarici siyasət idarəsinin rəhbəri vəzifəsi onu tam qane edir.
ABŞ Dövlət katibi işini “möhtəşəm” adlandırıb. O həmçinin bildirib ki, Amerika siyasətində bundan daha yaxşı vəzifə təsəvvür edə bilmir.

