Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən ABC Tədris Mərkəzi bölgənin ən fəal və perspektivli tədris ocaqlarından biridir. Mərkəz uşaqların intellektual, psixoloji və sosial inkişafına töhfə verərək onların gələcək təhsil həyatına sağlam təməl qoyur. Mərkəzin rəhbəri Vəfa Mahmudovanın sözlərinə görə, burada müasir təlim metodları və fərdi yanaşma əsasında uşaqlara müxtəlif istiqamətlərdə tədris xidməti göstərilir.
ABC Tədris Mərkəzində Erkən 2-4 yaşlı uşaqlar üçün İnkişaf Proqramı –nəzərdə tutulmuş bu proqram körpələrin nitq inkişafı, motor bacarıqları, diqqət və yaddaş kimi əsas funksiyalarını gücləndirməyə xidmət edir. Burada oyunlarla öyrənmə metoduna üstünlük verilir.
5-6 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş Məktəbəqədər hazırlıq bölmündə gələcək birinci sinif şagirdlərinin oxuma, yazma, sayma və məntiqi düşünmə bacarıqlarının inkişafını təmin edir. Proqram məktəb həyatına psixoloji və akademik hazırlığı özündə birləşdirir.
Burada mini bağçada var – İşləyən valideynlər üçün ideal olan bu xidmət, uşaqların gün ərzində etibarlı və səmərəli vaxt keçirməsini təmin edir. Mini bağçada həm istirahət, həm tədris, həm də əyləncə fəaliyyətləri vəhdət təşkil edir.
Tədris mərkəzində İbtidai Sinif Hazırlığı ,oxuyub-anlama təlimləri keçirilir.
ABC Tədris Mərkəzinin əsas üstünlüklərindən biri də təcrübəli və peşəkar müəllim heyətidir. Hər bir uşaqla fərdi yanaşma əsasında işlənilir, onların fərdi xüsusiyyətləri nəzərə alınaraq uyğun təlim metodları tətbiq olunur. Bu yanaşma uşaqların dərsləri sevməsinə, tədris prosesində fəal iştirak etməsinə və özünəinamlarının formalaşmasına səbəb olur. Elə mərkəz tərəfindən təşkil edilən rəsm sərgisi bunun əyani sübutudur. Uşaqların əl işləri iştirakçılara nümayiş etdirilib.
Mərkəz yalnız akademik deyil, həm də sosial bacarıqların inkişafına xüsusi diqqət yetirir. Müxtəlif mövzulu tədbirlər, yarışlar, nümayişlər və əyləncəli dərnəklər vasitəsilə uşaqların ünsiyyət, əməkdaşlıq və özünüifadə bacarıqları gücləndirilir.
ABC Tədris Mərkəzi Ceyranbatan və ətraf ərazilərdə yaşayan valideynlər üçün etibarlı və keyfiyyətli bir seçimdir. Burada uşaqların yalnız bu günkü deyil, gələcək uğurlarına da möhkəm bünövrə qoyulur.