Xırdalan şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində yeni tədris ilinin başlanması münasibətilə “Bilik Günü” tədbiri keçirilib.
Denmedia.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra şəhidlərin və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin direktoru Arifə Balakişiyeva tədbiri açıq elan edərək şagirdləri yeni tədris ili münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.
Tədbirdə Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi Nuranə Məmmədova və İdarənin Tədrisin Keyfiyyəti sektorunun məsləhətçisi Aynişan Zeynalova da iştirak ediblər. Çıxış edən qonaqlar şagirdləri “Bilik Günü” münasibətilə təbrik edib, yeni tədris ilində onlara yüksək nailiyyətlər arzulayıblar.
Qeyd olunub ki, yeni tədris ili şagirdlərin bilik və bacarıqlarının artırılması, onların qarşıya qoyduqları məqsədlərə çatması baxımından yeni imkanlar açır.
Sonda bütün şagirdlərə yeni tədris ilində möhkəm can sağlığı, yüksək nəticələr və uğurlar arzulanıb.

























Nizami Rəsulov
Denmedia.az

