Əbu-Dabidə yerləşən Xəlifə sənaye və azad iqtisadi zonasının yaxınlığında İranın raket hücumundan sonra iki yanğın ocağı yaranıb.
Bu barədə Al Hadath televiziya kanalı məlumat yayıb.
Məlumata görə, yanğınlar İrandan buraxılan raketin hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilməsi zamanı yaranıb.
“Hər iki yanğın raketin havada məhv edilməsi nəticəsində baş verib.”
Hadisə nəticəsində ən azı beş nəfər xəsarət alıb.

