Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri İraq ərazisindən buraxılan üç pilotsuz uçuş aparatını ələ keçirərək məhv edib.
Bu barədə krallığın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Turki əl-Maliki məlumat verib.
Əl-Malikinin sözlərinə görə, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi cavab tədbiri görmək hüququnu özündə saxlayır.
Nazirlik rəsmisi həmçinin vurğulayıb ki, krallıq öz təhlükəsizliyini qorumaq üçün zəruri addımlar atmaq niyyətindədir. Bəyanatda qeyd olunur ki, hakimiyyət ölkənin suverenliyinə və vətəndaşların təhlükəsizliyinə qarşı yönələn hər cür cəhdin qarşısını almaq üçün bütün mümkün tədbirləri görəcək.

