İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” mərkəzi qərargahı İsrailə xəbərdarlıq edib.
Qərargah bildirib ki, əgər İsrail Beyruta hücum edərsə, İsrailin şimalında və hərbi obyektlərin yaxınlığında yaşayan sakinlər yaşadıqları əraziləri tərk etməlidirlər.
Bu açıqlama İsrailin Baş naziri Binyamin Netanyahunun Beyrut ətrafında “Hizbullah” obyektlərinə zərbələr endirilməsi barədə göstərişindən sonra verilib.
İran dövlət teleradiosunun yaydığı məlumata görə, qərargah bəyan edib:
“Əgər bu təhdidlər həyata keçirilərsə, İsrailin şimal bölgələrinin və işğal olunmuş ərazilərdəki hərbi şəhərciklərin sakinlərinə xəbərdarlıq edirik: zərər görmək istəmirlərsə, yaşadıqları əraziləri tərk etsinlər”.

