ABŞ İsrailə bildirib ki, İranla atəşkəs rejimi 26 aprelədək uzadılıb. Bu barədə Ynet agentliyi məlumat yayıb.
“Birləşmiş Ştatlar İsrailə bildirib ki, prezident İranla atəşkəsə nail olmaq üçün müəyyən etdiyi müddəti bazar gününədək uzadıb.”
Məlumata görə, İsrail rəsmiləri bu müddət ərzində tərəflərin hər hansı real razılaşmaya gələcəyinə inanmaqda çətinlik çəkir.

