Böyük Britaniyanın keçmiş səhiyyə naziri Ues Stritinq Kir Starmerin istefasından sonra Leyboristlər Partiyasının yeni lideri seçkilərində iştirak etmək niyyətindədir.
Sky News telekanalı siyasətçiyə yaxın mənbəyə istinadən xəbər verir ki, Stritinq bu posta rəsmi namizədliyini irəli sürəcək və artıq fraksiyadakı həmkarları ilə məsləhətləşmələrə başlayıb.
Böyük Britaniyanın Baş naziri və Leyboristlər Partiyasının rəhbəri Kir Starmer bazar ertəsi partiya liderliyindən getdiyini açıqlayıb. Onun sözlərinə görə, yeni liderin seçilməsi prosesi 9 iyulda başlayacaq və parlamentin sentyabrda işini bərpa etməsinə qədər tamamlanmalıdır.
Starmer yeni lider təsdiqlənənədək hökumət başçısı vəzifəsində qalacağını bildirib.

