Bakının Xəzər rayonunda qəsdən adam öldürmə hadisəsi baş verib.
Hadisə Binə qəsəbəsində qeydə alınıb.
Məlumata görə, 40 yaşlı Bakı sakini Museyib Əhmədov qısqanclıq zəminində 24 yaşlı həyat yoldaşı Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirib.
Yaralı qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Museyib Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

