Türkiyə polisi nüfuzlu dini təriqət “Süleymançılar”ın lideri Alihan Kurışın qardaşından 200 kiloqram qızıl külçə müsadirə edib. Bu barədə TRT Haber məlumat yayıb.
Qızıl mütəşəkkil cinayətkar qrup tərəfindən çirkli pulların yuyulması ilə bağlı araşdırma çərçivəsində aşkarlanıb. Qiymətli metalın dəyərinin təxminən 1,34 milyard türk lirəsi – 28 milyon dollar olduğu bildirilir.
Qızıl külçələrin mənşəyi hələ müəyyən edilməyib.
Avqustun 13-də saxlanılan 38 şübhəlidən 32-si məhkəmə qərarı ilə həbs edilib. Onların arasında təriqət lideri də var. Daha 6 nəfər məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi isə Ankara prokurorluğunun 40-dan çox şəxsin saxlanılması üçün order verdiyini açıqlayıb. Şübhəlilərin bir qisminin xaricdə gizləndiyi bildirilir. Təriqətlə əlaqəli şirkətlərə isə kənar idarəçilər təyin olunub.

