Tehran Vaşinqtonla münaqişənin əvvəlki mərhələsi ilə müqayisədə daha güclü silahlar hazırlayıb və döyüşlərin yenidən başlaması halında onlardan istifadə edə bilər.
Bu barədə SEPAH nümayəndəsi Hüseyn Möhibi Defa Press agentliyinə açıqlamasında bildirib.
Hərbçinin sözlərinə görə, İran ordusu hər gün hərbi imkanlarını təkmilləşdirir, daha dəqiq, dağıdıcı və texnoloji silahlar istehsal edir.
“Əgər müharibə yenidən başlasa, şübhəsiz ki, istifadə edəcəyimiz silahlar fərqli olacaq. Bu fərq döyüş başlıqlarının nəsli, zərbə dəqiqliyi, raketlərin mənzili və ya istənilən digər göstəricidə özünü göstərə bilər”, – Möhibi deyib.

