17 
apr
2024
14:57
77

Bakıda silahlı şəxs saxlanıldı

17 apr, 2024
14:57
77

Bakıda silahlı şəxs saxlanıldı

Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü Elnur Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Den.az-a verilən məlumata görə, onun yaşadığı Şüvəlan qəsəbəsindəki evindən psixotrop maddə metamfetamin, 1 tapança, 17 patron və 2 bıçaq aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

E.Məmmədovun qanunsuz əməllərindən zərər çəkən şəxslər varsa, DİN-in “102” Xidməti Zəng Mərkəzinə və ya rayon polis idarəsinə müraciət edə bilərlər.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar